10 oktyabr 2016 10:40
Eddi İsrafilovun komandası ev oyununda xal itirdi
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Jirona" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
İsrafilov hazırda millimizin düşərgəsində olduğundan bu oyunun iştirakçısı olmayıb.
Qeyd edək ki, "Kadis" 9 turdan sonra 9 xalla 22 klub arasında 19-cu pillədə qərarlaşıb.
