10 oktyabr 2016 10:20
Budaq Nəsirov oynadı, Sportinq uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Aves"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Nəsirov bu görüşün 70-ci dəqiqəsində meydana daxil olub. Amma o da komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 11 xalla 22 komanda arasında 15-ci pillədə qərarlaşıb.
