10 oktyabr 2016 00:50
Ansi Aqolli İspaniya ilə matçda fərqləndi
Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin komandası doğma meydanda İspaniya ilə qarşılaşıb.
G qrupu çərçivəsində baş tutan qarşılaşmada albanlar 0:2 hesablı məğlubiyyətlə üzləşiblər.
Start heyətdə meydana çıxan Aqolli sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə də alıb.
