10 oktyabr 2016 00:40
Neftçinin müdafiəçisi İtaliyaya qarşı 90 dəqiqə oynadı
Makedoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, "Neftçi"nin müdafiəçisi Vançe Şikovun komandası doğma meydanda İtaliya ilə qarşılaşıb.
G qrupu çərçivəsində baş tutan qarşılaşmada qapılara 5 qol vurulub. Makedoniyalılar bu görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.
Start heyətdə meydana çıxan Şikov sonadək mübarizə aparıb.
