10 oktyabr 2016 00:15
Rahid Əmirquliyev: Çexiya ilə matçda da oynamağa hazıram
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Səfərdə oynasaq da, öz futbolumuzu sərgiləmək istəyirik. Amma bu, çox çətin olacaq. Norveç üzərində qələbə azarkeşlərimizdə də müsbət emosiya yaratdı. Daha bir qələbə qazanmaq istəyirik. Hansı ki, bu qələbə bütün ölkəmizi sevincə qərq edə bilər. Fikrimcə, Robert Prosineçki heyətlə bağlı müəyyən dəyişiklər edəcək. Amma mən Çexiyaya da qarşı oynamağa hazıram".
