10 oktyabr 2016 00:05
Ramil Şeydayev: Bu, sizin qələbənizdir
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazandıqları qələbədən sonra azarkeşlərə təşəkkür edib. Azerisport.az xəbər verir ki, o, "Facebook" səhifəsində bunları qeyd edib:
"Bütün azarkeşlərimizə dəstəyə görə dərin təşəkkürümü bildirirəm, bu sizin qələbənizdir!
Təəssüf ki, azarkeşlərimizdən biri oyundan qabaq yıxılıb xəsarət alıb. Ona tezliklə sağalmasını arzulayırıq! Daha diqqətli olun! Hamınıza təşəkkür edirəm!"
