9 oktyabr 2016 19:00

Ağabala Ramazanov: AFFA prezidenti bizi Çexiyada da dəstəkləyəcəyinə söz verdi

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazandıqları qələbədən (1:0) sonra aralarında azerisport.az saytının əməkdaşının da yer aldığı bir qrup jurnalistin suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiz?
- Matça yaxşı hazırlaşmışdıq. Hər şey istədiyimiz kimi alındı və vacib 3 xal qazandıq. Əminəm ki, Azərbaycan xalqını sevindirməyi bacardıq.

- Tez-tez səhvə yol verirdiniz. Bu, yığmamızın indiki heyətinə tam uyğunlaşmamağınızdan irəli gəlir?
- Elə də çox səhv etdiyimi deməzdim. Daha çox müdafiə olunduq. Bu üzdən də müdafiədən hücuma keçərkən anlaşılmazlıq olurdu. Fikrimcə, yığmamıza bu oyunda müdafiə xəttində də az faydam dəymədi.

- Bir hücumçu kimi sizin üçün belə qazonda oynamaq nə dərəcədə çətin idi?
- Qazon çox yumşaq idi. Buna görə bir az çətinliyimiz oldu.

- Əks-hücumlarda sizin üçün yaxşı boşluqlar yaransa da, bundan lazımınca istifadə edə bilmirdiniz...
- Rəqibi meydanın özümüzə aid hissəsində qəbul edirdik. 60 metr irəliləmək, norveçli futbolçulardan sıyrılmaq elə də asan deyildi. Daha çox buna çalışdım. Bir neçə dəfə uzun reyd də etdim. Amma gördüyünüz kimi, sonunu gətirmək mümkün olmadı.

- Rəqib komandanın yığmamıza yuxarıdanaşağı baxması sizin üçün nə dərəcədə faydalı oldu?
- Əsas odur ki, onlar həmin açıqlamalarının cavabını aldılar (gülür).

- AFFA prezidenti Rövnəq Abdullayev komanda ilə görüşündə nə danışdı?
- Təbrik etdi və Çexiya ilə matçda da uğur arzuladı. Bizi dəstəkləməyə gələcəyinə söz verdi.

- Çexiya ilə görüşdən nə gözləyək?
- Belə bir qələbədən sonra komandamızda çox yaxşı atmosfer var. Çexiyaya da iddialı yollanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.