9 oktyabr 2016 16:30
Yığmamız Çexiyaya yollandı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Çexiya ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gün sözügedən ölkəyə yollanıb. Azerisport.az xəbər verir ki, millimiz Ostravaya birbaşa çarter reysi ilə uçub.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 11-də saat 22:45-də start götürəcək.
