9 oktyabr 2016 15:00
Norveçlə matçdan öncə yıxılan azarkeş reanimasiyadadır
Ötən gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Norveç matçı öncəsi bir azarkeş Bakı Olimpiya Stadionuna gedən yoldakı körpüdən yıxılıb. Azerisport.az xəbər verir ki, Nahid Zahidov hazırda reanimasiyadadır.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Onun müayinə və müalicə xərclərini isə AFFA öz üzərinə götürüb.
