9 oktyabr 2016 13:30
Norveçli futbolçu Bakıdakı məğlubiyyətə görə hakimləri hədəf seçdi
Norveç yığmasının yarımmüdafiəçisi Ole Selnes DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə uduzduqları (0:1) oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Bu oyunda uduzmağımız çox üzücüdür. Qarşılaşmanı pis başa vurduq. Bu oyunun hakimləri indiyə qədər gördüyüm ən pis idarəçiliklə yadda qaldılar. Qələbə qazanmalı idik".
