Azərbaycanın 12-ci qələbəsi
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən gün Norveçi 1:0 hesabı ilə məğlub etməklə tarixində 12-ci belə qələbəyə imza atıb. Azerisport.az xəbər verir ki, komandamız əvvəlki seçmə mərhələlərdə 11 qələbə qazanmışdı.
Qeyd edək ki, bu qələbələrdən 6-sı dünya çempionatlarının seçmə mərhələsi çərçivəsində qeydə alınıb:
Yığmamızın seçmə mərhələlərdəki qələbələrinin siyahısı:
DÇSO-1998. Azərbaycan – İsveçrə – 1:0
AÇSO-2000. Azərbaycan – Lixtenşteyn – 4:0
DÇSO-2002. Azərbaycan – Slovakiya – 2:0
AÇSO-2004. Azərbaycan – Serbiya və Çernoqoriya – 2:1
AÇSO-2008. Azərbaycan – Finlandiya – 1:0
DÇSO-2010. Lixtenşteyn - Azərbaycan – 0:2
AÇSO-2012. Azərbaycan – Türkiyə – 1:0, Azərbaycan – Qazaxıstan – 3:2
DÇSO-2014. Azərbaycan – Şimali İrlandiya – 2:0
AÇSO-2016. Azərbaycan – Malta – 2:0
DÇSO-2018. San Marino - Azərbaycan – 0:1, Azərbaycan – Norveç – 1:0
