9 oktyabr 2016 12:00
Kamran Ağayev: Baxımlı oyundansa, qələbə yaxşıdır
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazanılan qələbəni (1:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən nə etdim ki? Sadəcə, qol buraxmadım. Bu, böyük uğur hesab olunmur. Uğur komandanın qələbə qazanmasıdır. Bütövlükdə, çətin oyun alındı. Qələbə hesabını qorumaq üçün daha çox müdafiə olunmaq məcburiyyətində qaldıq. Məncə, baxımlı oyun sərgiləməkdənsə, belə qələbə qazanmaq yaxşıdır. Ümid edirəm ki, bundan sonra həm nəticələrimiz yaxşı olacaq, həm də oyunumuz".
