9 oktyabr 2016 11:40
Karel Yarolim: Norveçə qalib gələn Azərbaycanı məğlub etməliyik
Futbol üzrə Çexiya yığmasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya uduzduqları oyunu şərh edib, eləcə də Azərbaycan millisinə qarşı keçirəcəkləri növbəti matça toxunub. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Artıq Azərbaycanla oyun barədə düşünməliyik. Almaniyaya məğlubiyyət yaxşı təcrübə oldu. Çünki biz yeni komanda yaradırıq. Növbəti oyunda Norveçə qalib gələn Azərbaycanı məğlub etməliyik".
