9 oktyabr 2016 11:00
Azərbaycanın Avropanın 7 lider komandası sırasında
Avropada DÇ-2018-in seçmə qrup mərhələsinin ikinci turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, qitə arenalarında qeydə alınan bütün nəticələrdən sonra maraqlı faktlar qeydə alınıb.
Bunlardan biri də Avropa komandaları arasında cəmi yeddi ölkə təmsilçisinin maksimum nəticə göstərməsidir. Seçmə mərhələnin startında səfərdə San Marinoya, doğma meydanda isə Norveçə eyni hesabla (1:0) qalib gələn Azərbaycan millisi də qitənin itkisiz irəliləyən yeddi komandasından biridir.
Qeyd edək ki, Azərbaycanla yanaşı, Belçika, Almaniya, Yunanıstan, İsveçrə, Albaniya və İngiltərə də ilk iki oyununu qələbə ilə başa vuranlar arasındadır.
