9 oktyabr 2016 00:40
Yığmamızın rəqiblərindən darmadağın
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının da yer aldığı C qrupunda ikinci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, millimizin Norveç üzərində qələbəyə (1:0) sevindiyi gecədə Almaniya Çexiyanı, Şimali İrlandiya isə San Marinonu qəbul edib.
Bu oyunların hər ikisində meydan sahibləri darmadağınla qalib gəliblər. Xüsusilə Almaniya ardıcıl ikinci 3:0 hesablı qələbə sayəsində yenidən qrupun lideri olub. Millimiz isə ikinci pilləyə düşüb.
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
8 oktyabr
Almaniya – Çexiya - 3:0
Qollar: T.Müller, 13, T.Kroos, 49. T.Müller, 65.
Şimali İrlandiya – San Marino - 4:0
Qollar: S.Deyvis, 26-pen. K.Lafferti, 79. C.Uard, 86. K.Lafferti, 90.
| 1 | Almaniya | 2 | 2 | 0 | 0 | 6 | 0 | +6 | 6 |
| 2 | Azərbaycan | 2 | 2 | 0 | 0 | 2 | 0 | +2 | 6 |
| 3 | Ş.İrlandiya | 2 | 1 | 1 | 0 | 4 | 0 | +4 | 4 |
| 4 | Çexiya | 2 | 0 | 1 | 1 | 0 | 3 | –3 | 1 |
| 5 | Norveç | 2 | 0 | 0 | 2 | 0 | 4 | –4 | 0 |
| 6 | San Marino | 2 | 0 | 0 | 2 | 0 | 5 | –5 | 0 |
