8 oktyabr 2016 23:30
Per-Matias Hoqmo: Azərbaycan yığmasında inkişaf hiss olunur
Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyunla bağlı öncə bunları söyləyib:
"İlk növbədə Azərbaycan yığmasını təbrik edirəm. Şübhəsiz ki, nəticəyə görə məyusam. Bu gün ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik. Ötən seçmə mərhələdə biz Azərbaycandan 4 xal almışdıq. Komandanızda inkişaf hiss olunur. Komandanız meydanın mərkəzini bağlamışdı, buna görə də biz daha çox cinahlardan hücum qurmaq məcburiyyətində qalmışdıq. Artıq San Marino ilə oyuna hazırlaşmalıyıq".
