8 oktyabr 2016 19:30
İnter Zirəni darmadağın etdi
Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter” və "Zirə" də bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "İnter Arena”da baş tutan matçda meydan sahibləri rəqibinə 5:1 hesabıyla qalib gəlib.
"İnter"in heyətində dubla imza atan Nizami Hacıyevlə yanaşı, Pərdis Fərcad-Azad, Slavik Alxasov və Məmməd Quliyev fərqləniblər.
