8 oktyabr 2016 19:00
Millimiz Macarıstana məğlub oldu
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Macarıstan komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.
Komandamız turnirdə növbəti oyununu oktyabrın 10-da Polşa yığmasına qarşı keçirəcək.
