8 oktyabr 2016 18:30
Kəpəz də yoxlama oyunu keçirəcək
DÇ-2018-in seçmə mərhələsinin oyunları ilə bağlı çempionatda yaranan fasilə müddətində “Kəpəz” də yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Gəncə klubunun rəqibi artıq məlumdur.
“Sarı-göylər” paytaxtın “İnter” klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Bu oyun oktyabrın 10-da saat 15:30-da başlayacaq və “İnter Arena”da keçiriləcək.
