8 oktyabr 2016 15:00

Rahid Əmirquliyev: İki oyuna 6 xal toplamağa köklənmişik

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- Bu gün Norveçlə oyunda millimizin əsas üstünlüyü nədə olacaq?
- Doğma meydanda oynamağımız şübhsəzi ki, əsas üstünlüyümüzdür. Ümid edirəm ki, bu oyunda böyük azarkeş ordusu bizə dəstək olacaq. Oyuna yaxşı hazırlaşmışıq.

- Yığmamıza dəvət almayan futbolçular arasında bu oyunda sizə kömək edə biləcək kimləri qeyd edə bilərsiniz?
- Bu suala cavab vermək çətindir. Belə məsələlərə məşqçilər koprusu, baş məşqçi qərar verir. Mənim bu barədə nəsə deməyim düzgün olmaz.

- Məsələn, Asif Məmmədov, Vaqif Cavadovun yığmaya dəvət almaması birmənalı qarşılanmadı...
- Adlarını qeyd etdiyiniz futbolçular son dövrlər yaxşı futbol sərgiləyirlər. Yığmada oynamağı hər bir futbolçu arzulayır. Amma nəzərə alsaq ki, bu barədə qərarı baş məşqçi verir, mənim yenə də konkret cavab verməyim yaxşı deyil.

- Bəs bu heyət Norveç yığmasını məğlub edəcək gücdədir?
- Yenə də deyirəm, bizim əsas üstünlüyümüz doğma meydanda oynamağımızdır. Bu heyətlə xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Bu görüşdən sonra sizi Çexiya ilə səfər oyunu da gözləyir. Bu iki oyunda 4 xal sizin üçün normal nəticə sayıla bilər?
- İki oyundan 6 xalla ayrılmağımız daha yaxşı olardı. Məhz bu nəticəyə köklənmişik. Amma nəyə nail olacağımızı oyunlar göstərəcək.

- Rauf Əliyevlə Ramil Şeydayevin start heyətdə yer almamasını necə qarşıladınız?
- Bizim səviyyəli futbolçularımız çoxdur. Hücumçularımızın da hər biri yığmamıza kömək edəcək səviyyədədir. Hər halda onların ilk və ya sonrakı dəqiqələrdən oynamasına baxmayaraq, əllərindən gələni edəcəyinə inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.