8 oktyabr 2016 14:30
Coşua Kinq Azərbaycanı San Marino yığması ilə müqayisə etdi
Norveç yığmasının hücumçusu Coşua Kinq DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"San Marinoya qalib gələ bilməsək, bunu, uğursuzluq saymaq olar. Amma Azərbaycanla matçda vəziyyət fərqlidir. Rəqib çətin komandadır. Ötən seçmə mərhələdə bu rəqibə qarşı ev oyununda iştirak etmişdim. Onlar daha çox top saxlamağa çalışırdılar. Odur ki, bizi bu dəfə də ağır oyun gözləyir. Amma qarşımızda duran vəzifə mundiala vəsiqə qazanmaqdır. Bunun üçün isə qarşıdakı iki oyundan 6 xalla ayrılmağa borcluyuq". (TV2.no)
