8 oktyabr 2016 13:30
Anar Nəzirov: Bizi Norveçlə oyunda ancaq qələbə qane edəcək
Azərbaycan yığmasının qapıçısı Anar Nəzirov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həm Norveçlə, həm də üç gün sonra qarşılaşacağımız Çexiya ilə görüşə ciddi hazırlaşırıq. Komandada atmosfer əladır. Bunu həm məşqlərə, həm də meydandan kənarda olan ab-havaya aid etmək olar. Norveç güclü rəqibdir. Amma bizi ancaq qələbə qane edəcək. Eyni sözləri Çexiya ilə görüş barədə də demək olar. Bu oyunlardan maksimum nəticə ilə ayrılacağımıza inanırıq".
