8 oktyabr 2016 11:00
Şehiç izlədi, komandasına 4 qol vurdular
Futbol üzrə Bosniya-Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, bu ölkənin yığma komandası H qrupundakı ikinc matçında Belçika ilə qarşılaşıb.
Səfərdə baş tutan oyun bosniyalıların 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
