8 oktyabr 2016 02:00
Zenyov oynadı, Estoniya 4 qola sevindi
Futbol üzrə Estoniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, bu ölkənin yığma komandası H qrupundakı ikinc matçında Cəbəllütariqi qəbul edib.
Qarşılaşma estonların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya yığmasının start heyətində meydana çıxsa da, 65-ci dəqiqədə əvəzlənib.
