7 oktyabr 2016 21:40
Maksim Medvedev: Norveç San Marino deyil
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yaxşı hazırlaşmışıq. Oyunun vacibliyini başa düşürük. Tsiklə yaxşı başlamışıq. Eyni tempdə davam etmək istəyirik. Əlbəttə, Norveç San Marino deyil. Amma biz istənilən rəqibə qarşı oynaya bilərik. Azarkeşlərimizi sevindirmək, qələbə qazanmağa davam etmək istəyirik".
