7 oktyabr 2016 21:30
Rövnəq Abdullayev yığma komandamızla görüşdü
AFFA prezidenti Rövnəq Abdullayev sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq yığma komandamızın üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüş millimizin bu gün Bakı Olimpiya Stadionunda baş tutan son məşqi zamanı gerçəkləşib.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı sabah keçiriləcək və saat 20:00-da start götürəcək.
