Robert Prosineçki: Sabah yaxşı nəticə qazanacağımıza inanıram
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı oyun öncəsi bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"Artıq beş gündür toplanışdayıq. Hazırlıqdan razıyam. İlk günlərdə zədəlilərimiz var idi. Bütövlükdə, hər şey yaxşıdır. Bizi çətin matç gözləyir. Norveç tsiklə pis başlayıb. Evdə Almaniyaya uduzublar. Rəqib komandanın üzvləri güclü çempionatlarda çıxış edirlər. Amma bunlar hamısı mənim üçün maraqsızdır. Ancaq öz komandamı düşünürəm. İnanıram ki, sabah özümüzü göstərə və yaxşı nəticəyə nail ola biləcəyik".
Prosineçki klublarında oynamayan Ramil Şeydayev və Emin Mahmudova dəvət göndərdiyi halda mütəmadi oynayan Vaqif Cavadovu milliyə çağırmamasına dair sualı belə cavablandırdı: "Ramil gənc oyunçudur. O, bu komandanın gələcəyidir. Vaqif fərqli mövqedə oynayır. Həmin mövqedə Cavadovdan daha güclü futbolçularımız var. Emin "Boavişta"da, Ramil "Trabzonspor"dadırsa, Vaqif "Sumqayıt"dadır. Bu klublar arasında böyük fərq var".
Xorvatiyalı mütəxəssis start heyətini açıqladıqdan sonra azarkeşlərə də müraciət etdi: "Bütün azarkeşlərimizi stadiona gəlib, komandaya dəstək olmağa səsləyirəm. Mən optimistəm və inanıram ki, sabahkı oyuna maraq böyük olacaq və bilet tapmağa çətinlik çəkəcəklər".
"Bədavi Hüseynov niyə start heyətdə yoxur? O, demək olar ki, iki aydır oynamır. Zədədən yeni qayıtdığınızı nəzərə alıb düşündüm ki, Norveçlə oyuna hazır deyil. Onu Çexiya ilə oyunda meydanda görmək istəyirik. Maksim Medvedev bir neçə dəfə mərkəzdə oynayıb və bu dəfə də onu layiqincə əvəz edə bilər".
