7 oktyabr 2016 20:05
Millimizin Norveçlə oyun üçün start heyəti
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki sabah Norveçə qarşı keçiriləcək DÇ-2018-in seçmə mərhələ oyunu üçün start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutacaq görüşün ilk dəqiqələrindən bu futbolçuları meydana buraxacaq:
Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov, Ağabala Ramazanov.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı sabah saat 20:00-da start götürəcək.
