7 oktyabr 2016 19:30
Haytam Alisami: Azərbaycan yığması topla oynamağı xoşlayır
Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılacaq Norveç yığmasının futbolçusu Haytam Alisami maçtla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bilirəm ki, Azərbaycan yığması topla oynamağı xoşlayır. Biz də sabah top saxlamağa çalışacağıq. Çətin oyun olacaq. Qoy güclü olan qalib gəlsin".
