7 oktyabr 2016 19:00

Hoqmo: İnanıram ki, meydança 2 il əvvəlki kimi rənglənməyəcək

Sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo bu gün jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Yenidən burada olduğumuz üçün şadam. İki il öncə də burada oynamışdıq. Azərbaycanda futbolun inkişafı bizi sevindirir. Bilirik ki, millinizin oyunçularının əksəriyyəti Avropa Liqasının qrup mərhələsində iştirak edən komandalarınızın oyunçularıdır.

- Son məşqlərdə iştirak etməyən Coşua Kinqin durumu necədir?
- Yaxşıdı, sabahkı oyuna hazırdı.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olmayacaq?
- Biz hər oyunda qalib gəlmək istəyirik. Sabahkı matçda da belə olacaq. Amma buna nail olmaq çətin olacaq. Osloda da sizi məğlub edə bilməmişdik.

- "Bakcell Arena" və Olimpiya stadionun sizin üçün bir fərqi varmı? Nəzərə alaq ki, tərəflər arasındakı əvvəlki matç "Bakcell Arena"da baş tutmuşdu.
- Bakı Olimpiya Stadionu çox gözəldi. Fantastik arenadır. Xoşbəxtik ki, sabah bu stadionda oynayacağıq. İnanıram ki, meydança 2 il əvvəlki kimi rənglənməyəcək.

- Ötən seçmə mərhələdki Azərbaycanla indiki arasında nə fərq var?
- Komandada inkişaf göz önündədi. Yeni baş məşqçiniz iki ildir artıq burada çalışır. Əksər futbolçlarınız "Qarabağ"ın üzvüdü və bir yerdə çıxış ediblər. Təcrübəli komandadır.

- Bakıya çarter reysi ilə gəlmisiniz və buna görə də ölkənizdə tənqid olunmusunuz. Düşünmürsünüz ki, Bakıda alınacaq məğlubiyyətdən sonra daha çox tənqidlərə məruz qalacaqsınız?
- İlk dəfədi bunu sizdən eşdiriəm. Ümid edirəm ki, həmin təyyarə Bakı hava limanında bizi gözləyəcək və geriyə onunla qayıdacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.