7 oktyabr 2016 18:30
Qriqorçuk: Azərbaycan üçün Norveç və Çexiyaya qalib gəlmək çətin olacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçirəcəyi oyunlardakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının böyük uğurlara imza atmasını çox istəyirəm. Belə olan halda Azərbaycan futbolunun imici də qalxmış olar. Norveç və Çexiya üzərində qələbə qazanmaq çətin olacaq. Rəqiblər çox ciddi komandadır. Amma komanda qarşısına böyük hədəflər qoyubsa, bu rəqiblər məğlub ediləsi komandalardır".
