7 oktyabr 2016 18:00
Rauf Əliyev: Kimin meydana çıxacağına baş məşqçi qərar verəcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç və Çexiya ilə oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya qayıtdığıma görə şadam. Mənim üçün hər şey yenidən başlayır. Yığmada bir neçə hücumçu var. Onların hamısı komandaya kömək etmək üçün çağırılıb. Amma kimin meydana çıxacağına yalnız Robert Prosineçki qərar verəcək. Kim meydanda olacaqsa, qələbə qazanmağımız üçün əlindən gələni edəcək. Eləcə də mən".
