7 oktyabr 2016 17:00
"Azərbaycanla oyunda bizə qələbə lazımdır"
Norveç yığmasının yarımmüdafiəçisi Pol-Andre Helland DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fikrimcə, Azərbaycan və San Marinoya qarşı keçirəcəyimiz növbəti iki oyunda 6 xal qazana bilərik. İlk oyun çətin olacaq. Azərbaycanla səfər oyunu bizim üçün asan keçməyəcək. Çünki onlar doğma meydanda uduzmaq istəməyəcəklər. Bunun üçün maksimum güc sərf edəcəklər. Amma bizə qələbə lazımdır. Əks halda çox pis olacaq".
