7 oktyabr 2016 16:30
Vəli Qasımov: Norveçlə matçda qələbəyə ümid etmək olar
"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımov Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"San Marino üzərində qələbə qazansaq da, ilk turdakı çıxışımızı normal adlandırmazdım. Norveçlə oyun daha çətin olacaq. Amma onları oyunçuların istəkli olması sayəsində məğlub etmək olar. Norveç yığmasının ulduz futbolçusu yoxdur. Onlar komanda oyununa üstünlük verirlər. Biz də bu görüşə yaxşı motivasiya ilə çıxmalıyıq. Yalnız belə olan halda qələbəyə ümid edə bilərik. Çexiya ilə oyun isə daha da çətin keçəcək. Amma ən azından baxımlı və layiqli oyun sərgiləmək olar".
