7 oktyabr 2016 16:00
Samir Abasov: Norveç yığması San Marino deyil, ilk turdakı qələbəni unutmaq lazımdır
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk turda San Marino üzərində qazanılmış qələbəni unutmaq lazımdır. Çünki Norveç yığmasının heyətində o səviyyədə futbolçu yoxdur. Buna görə də komandamıza çətin olacaq. Həm də millimizdə eniş hiss olunur. Futbolçularımız heç də yaxşı formada deyillər. "Qarabağ"ın futbolçularında psixoloji vəziyyət ürəkaçan deyil. Bu da oyuna təsirini göstərə bilər. Amma ümid edirəm ki, komandamız özündə güc tapıb, yaxşı oyun sərgiləyə biləcək".
