7 oktyabr 2016 14:30

Yunis Hüseynov: Millinin Norveçlə oyunda uğur qazanmaq şansı daha çoxdu

Azərbaycanlı futbol mütəxəssisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi

- Ötən gün PFL prezidenti Ramin Musayev bəyan etdi ki, kubokun finalını bu mövsüm Lənkəranda keçirmək fikirləri var. Amma "Neftçi" finala çıxsa, həlledici oyun başqa şəhərdə keçiriləcək. Sizcə, bu, doğrudan da mümkünsüzdür?
- O, bunu deyərkən vaxtilə "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən hadisələri nəzərə alıb. Hansı ki, ondan sonra bu iki komandanın oyunlarında qonaq azarkeşlərin arenaya buraxılmasına da qadağa qoyuldu. "Neftçi" Lənkərana getsə, problem olar. Yerli publika digər komandaya azarkeşlik edəcəklər. Amma final matçını Lənkəranda keçirmək yaxşı ideyadır. Lənkəranda futbolu sevirlər.

- İndiki "Neftçi" finala çıxmağa qadirdirmi?
- "Neftçi" barədə danışmaq istəmirəm. Onlara sadəcə, uğurlar arzulayıram.

- Artıq neçənci dəfədir "Neftçi" barədə suallardan bu cür yayınırsız...
- Xüsusi səbəbi yoxdur. Sadəcə, istəmirəm. Həm də kubokun finalına çox vaxt var. Turnir hələ başlamayıb. Hər şey ola bilər.

- "Qarabağ"la "Qəbələ" legioner limitinin dəyişdirilməsini, ən azı bir legionerin meydanda daha çox olmasını istəyirlər. Sizcə, necə olmalıdır?
- Mən həmişə demişəm ki, yaxşı futbolçu legioner limitinin olub-olmamasından asılı olmayaraq, oynayacaq. Doğrudan da yaxşı futbolçudursa, rəqabətdən qalib çıxacaq. İndiki limiti daha da sərtləşdirsək belə, bundan böyük fayda görməyimiz mümkün deyil. Artıq neçə ildir limit tətbiq olunur. Bunun nəticəsi olaraq hansısa futbolçunun parladığını göstərə bilərsiniz? Birini göstərin. İndiki limit özünü doğrultmadı. Meydanda yenə də əvvəlki futbolçuları görürük.

- Millimizə dəvət alan futbolçuların əksəriyyəti oyun təcrübəsinin azlığından əziyyət çəkir...
- 8 komandalı çempionat keçiririk, başqa cür gözləməyə də dəyməz. Çempionatda 14-16 komanda olsaydı, Robert Prosineçkinin də seçim imkanı böyük olardı.

- Millimizin Norveçlə oyundakı şansları barədə nə düşünürsüz?
- Problemlərə baxmayaraq, komandamız rəqib üçün baş ağrısı yarada bilər. Hətta qələbə də qazana bilərik.

- Eyni sözləri Çexiya ilə səfər matçı barədə də demək olar?
- Çexlər daha güclüdür. Onların daha keyfiyyətli heyəti var. Komandamızın oraya uduzmaq üçün gedəcəyini deyə bilmərəm. Buna pozitiv baxmalıyıq. Ən yaxşısna ümid edək. Amma Norveçlə oyunda uğur qazanmaq şansımız daha çoxdur.

- "Xəzər Lənkəran"dan daha yaxşı tanıdığınız Rahid Əmirquliyev "Qarabağ"da niyə özünü göstərə bilmir?
- Futbolda öz komandası anlayışı var. Məsələn, "Neftçi"dən ayrılan Ruslan Qurbanov "Qəbələ"yə keçdikdən sonra daha effektli təsir bağışlayır. Rahid də hələ "Qarabağ"a tam alışmayıb. Bunun başqa bir səbəbi də zədədən əziyyət çəkməsi idi. Amma o, formasını tam bərpa edib, özünü göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.