7 oktyabr 2016 12:30
Roman Qriqorçuk: Limit faydasızdır
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasında legionerlərə tətbiq olunan limitin dəyişdirilməsinə dair təkliflərlə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim bu məsələyə baxışım dəyişməz olaraq qalır. Legioner limiti faydasızdır. Meydana çıxan legionerlərin sayı artırılsa, bu, yaxşı addım olar. Bu, həm də futbolun inkişafına faydalı olacaq. Ümumiyyətlə, mən futbolda süni əngəllərin əleyhinəyəm. Hansısa futbolçu yaxşıdırsa, o, istənilən halda oynayacaq".
