7 oktyabr 2016 02:00
Aqolli baxdı, Albaniya qalib gəldi
Futbol üzrə Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, bu ölkənin yığma komandası G qrupundakı ikinc matçında səfərdə Lixtenşteynlə qarşılaşıb.
Oyun albanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
