7 oktyabr 2016 01:00

23 futbolçuya 1 qol: milli üzvləri son turda

Futbol üzrə Azərbaycan millisini qarşıda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə oyunlar gözləyir. Azerisport.az ənənəsinə sadiq qalaraq, yenə də milliyə dəvət almış futbolçuların öz klublarının heyətindəki son göstəricilərini təqdim edir:

Qapıçılar
Kamran Ağayev "Boavişta"nın heyətində Portuqaliya çempionatının son turunda "Moreyrense"yə qarşı oyunda 90 dəqiqə meydanda olub və komandasının 2:0 hesablı qələbəsində xüsusi pay sahibi olub. Belə ki, məhz onun hesab 0:0 olarkən qaytardığı penalti komanda yoldaşlarını daha da ruhlandırıb.

Millimizə dəvət alan digər qapıçılar - Səlahət Ağayevlə ("İnter") Anar Nəzirovun ("Zirə") komandası Premyer Liqanın 7-ci turunda üz-üzə gəlib. Hər iki qapıçı bu oyunda 90 dəqiqə meydanda olub, hərəyə 1 qol buraxıblar.

Müdafiəçilər
"İnter"in müdafiəçiləri Tərlan Quliyevlə Ruslan Abışov "Zirə"yə qarşı oyunda 90 dəqiqə meydanda olublar.

Bədavi Hüseynov "Qarabağ"ın "Qəbələ" ilə uğursuz (0:2) səfər oyununda 90 dəqiqə meydanda olub. Maksim Medvedevlə Arif Daşdəmirov bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izlədiyi halda, kapitan Rəşad Sadıqov zədə səbəbindən ümumiyyətlə bu görüşün iştirak ərizəsində yer almamışdı.

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov isə "Qarabağ"a qarşı 90 dəqiqə oynayıb.

Ukraynanın "Stal" klubunun müdafiəçisi Pavel Paşayev "Çernomorets"lə oyunu sarı vərəqə limitini aşdığına görə buraxmalı olub.

Yarımmüdafiəçilər
Qara Qarayev "Qarabağ"ın Qəbələdəki oyununda 90 dəqiqə mübarizə apardığı halda, Rahid Əmirquliyev matçı ehtiyat oyunçular skamyasından izləyib.

Dmitri Nazarov Almaniya ikinci Bundesliqasının sonturunda şərəfini qoruduğu "Ersgebirge"nin "Bohum"a evdə 2:4 hesabıyla uduzduğu oyunu sonadək ehtiyatda izləyib.

Rəhman Hacıyevlə Araz Abdullayev "Neftçi"nin "Kəpəz" üzərində qələbəsinə sevinib. Start heyətdə meydana çıxan Araz 84-cü dəqiqədə əvəzlənibsə, Hacıyev 71-ci dəqiqədə meydana çıxıb.

Eddi İsrafilov İspaniya ikinci liqasının 8-co turunda "Kadis"in "Rayo Valyekano"ya uduzduğu (0:3) oyuna start heyətdə çıxsa da, 68-ci dəqiqədə zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olub.

Emin Mahmudov isə "Boavişta"da hələ də şans qazana bilmir.

Hücumçular
Ağabala Ramazanovla Rauf Əliyev "Zirə"yə qarşı matça start heyətdə çıxsa da, birinci 86, ikinci 84 dəqiqə oynayıb. Komandasının yeganə qoluna da Ramazanov imza atıb.

Ruslan Qurbanov "Qəbələ"nin "Qarabağ"la oyununda 14 dəqiqə meydanda olubsa, Ağdam klubundan Namiq Ələsgərov ümumiyyətlə bu görüşün iştirak ərizəsində yer almayıb.

Ramil Şeydayev də Türkiyə Super Liqasında "Trabzonspor"da hələ debüt edə bilməyib. Onun komandası son turda "Karabükspor"a 4 cavabsız qolla uduzub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.