7 oktyabr 2016 00:25
Draqan Çeran: Özbəkistanda futbol Azərbaycanla müqayisədə daha maraqlıdır
"Simurq"un sabiq hücumçusu, hazırda Özbəkisanın "Nasaf" klubunun şərəfini qoruyan Draqan Çeran indiki komandasını Azərbaycan çempionu "Qarabağ"la müqayisə edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Özbəkistanda işlərim gözəl gedir. Heç bu ölkəni tərk etməyi düşünmürəm. Azərbaycana qayıtmaq istəmirəm. Özbəkistanda futbol Azərbaycanla müqayisədə daha maraqlı, aqressiv və cəlbedicidir. Komandam ötən mövsüm Asiya Çempionlar Liqasında çıxış edirdi. Yaxşı komandadır. "Nasaf" da "Qarabağ" kimi güclü kollektivdir. Odur ki, bu klubu AZAL və digər komandalarla müqayisə etmək olmaz".
