7 oktyabr 2016 00:15
Ruslan Qurbanov: Norveçlə oyuna hazırıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçiriləcək oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Hər iki matçda yaxşı nəticə qazanmaq istəyirik. Tsiklə yaxşı başlamışıq. Elə də davam etməliyik. Norveçlə oyuna hazırıq. Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz istənilən rəqiblə oynayacaq gücdəyik. Öz meydanımızda azarkeşlərimizi, bütün ölkəni sevindirmək istəyirik. Daha sonra Çexiya ilə səfər oyununa yollanacağıq. Bu oyunda da yaxşı nəticə üçün mübarizə aparacağıq".
