6 oktyabr 2016 19:00
Məsimova yoxlama matçında da şans vermədilər
Sloveniyanın "Domjale" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası ikinci divizion təmsilçisi "Krka" ilə qarşılaşıb.
Oyun "Domjale"nin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Sloveniya çempionatında meydana çıxmayan Məsimova sınaq matçında da özünü göstərməyə şans verilməyib.
