6 oktyabr 2016 17:30
Azərbaycan - Norveç: Açıq məşq və mətbuat konfransının vaxtı açıqlandı
DÇ-2018-in seçmə mərhələsində oktyabrın 8-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, AFFA-nın açıqladığı proqrama görə, komandaların məşqləri və mətbuat konfransları aşağıdakı tarix və saatlarda start götürəcək:
Norveç milli komandası
7 oktyabr
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
7 oktyabr
Saat 19:45. Mətbuat konfransı
Saat 20:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.
