6 oktyabr 2016 16:45
Azərbaycanlı hakim UEFA Kubokunun oyunlarında
Futzal üzrə FIFA referisi Elçin Səmədli yeni beynəlxalq təyinat alıb. Azerisport.az xəbər verir ki, E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Belarusun “Lidselmaş”, Yunanıstanın “Afina-90”, Serbiyanın “Ekonomaç” və Xorvatiyanın “Nasional” komandasının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 12-dən 15-dək Serbiyada keçiriləcək.
