Prosineçki məşqçilərin simvolik komandasında
UEFA-nın rəsmi saytı yığma komandaların baş məşqçiləri ilə bağlı maraqlı araşdırma hazırlayıb. Azerisport.az xəbər verir ki, burada vaxtilə ölkəsinin milli komandasında oynamış, hazırda isə DÇ-2018-in seçmə mərhələsində mübarizə aparan komandaları çalışdıran mütəxəssislərdən söhbət gedir.
Siyahıda Azərbaycan millisinin baş məşqçisi, vaxtilə Xorvatiya millisinin aparıcı futbolçularından olmuş Robert Prosineçki də yer alıb.
Qapıçı: Xulen Lopeteqi (İspaniya)
Libero: Danni Blind (Hollandiya)
Müdafiəçi: Qaret Sautqeyt (İngiltərə)
Müdafiəçi: Lars Olsen (Danimarka, Farer adaları yığmasını çalışdırır)
Müdafiəçi: Fatih Terim (Türkiyə)
Yarımmüdafiəçi: Qordon Straçan (Şotlandiya)
Yarımmüdafiəçi: Martin O'Nil (Şimali İrlandiya, İrlandiya yığmasını çalışdırır)
Yarımmüdafiəçi: Didye Deşam (Fransa)
Yarımmüdafiəçi: Robert Prosineçki (Yuqoslaviya/Xorvatiya, Azərbaycan yığmasını çalışdırır)
Hücumçu: Andrey Şevçenko (Ukrayna)
Hücumçu: Marian Paxar (Latviya)
