6 oktyabr 2016 15:45
Norveç yığmasında Coşua Kinq şoku
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Azərbaycan yığmasının qonağı olacaq Norveç millisi aparıcı hücumçusu Coşua Kinqin xidmətindən məhrum ola bilər. Azerisport.az xəbər verir ki, Norveç mətbuatı əvvəlki günlərdə bu komandanın Bakıdakı oyun üçün mümkün start heyətində meydana yeganə hücumçu kimi məhz Kinqin çıxacağını qeyd edirdi.
Amma son məlumata görə, Coşua komandanın bu gün baş tutan son məşqini buraxıb. Hələlik, Kinqin məşqə çıxmamasının dəqiq səbəbi bilinmir. Yəqin ki, tezliklə onun durumuna tam aydınlıq gələcək.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
