Fikrət Hüseynov: AZAL-ın 1-ci diviziona düşməyəcəyinə əminəm
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov bəyan edib ki, AFFA Klublar Komitəsinin bu gün baş tutan iclasında Premyer Liqada sonuncu pilləni tutacaq komanda ilə Birinci Divizionun üçüncüsü arasında pley-off matçlarının keçirilməsi bu klubun təklifi deyil. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
"Bu, mənim təklifim deyildi. Bunu bir neçə klub səsləndirdi. Onlar bu ideyanı dəstəkləyirlər. Bu, heç də AZAL-ı Birinci Diviziona düşməkdən qorumaq üçün atılan addım deyil. Geridə cəmi 7 tur qalıb və mövsümün davamına nəyin necə olacağı bilinmir. Düzdür, bizim maliyyə çətinliklərimiz var. Amma qışa kimi hər şeyi yoluna qoymağımız mümkündür. Tərlan Əhmədov postundadır. O, yaxşı məşqçidir, hər şeyi doğru edir. Əminəm ki, AZAL birinci diviziona düşməyəcək".
