6 oktyabr 2016 14:50

Murad Xaçayev: Millimiz Avstriyadan heç nədə geri qalmadı

Azərbaycanın U-19 yığmasının və Ukraynanın "Şaxtyor" klubunun yarımmüdafiəçisi Murad Xaçayevin azerisport.az saytına müsahibəsi

- AÇ-nin seçmə mərhələsi çərçivəsindəki ikinci oyununuzu bu gün Bosniya və Herseqovinaya qarşı keçirəcəksiniz. Bu görüşə necə hazırlaşmısınız?
- Rəqib güclüdür, yaxşı oyunçuları var. Amma biz də meydana qələbə üçün çıxacağıq. Çünki itiriləsi heç nəyimiz yoxdur.

- İlk turda Avstriyaya 1:4 hesablı məğlubiyyətə nə səbəb oldu?
- Matça heç də yaxşı başlamadıq. Buna görə də meydanı məğlub tərk etdik.

- İkinci hissədə yığmamız azlıqda da qaldı. Çox çətin idi?
- Fasilədən dərhal sonra buraxdığımız qol bizə çox pis təsir göstərdi. Yenicə özümüzə gəlməyə, hücum etməyə başladığımız vaxt oyunçularımızdan biri qırmızı vərəqəaldı. Azlıqda qaldıqdan dərhal sonra daha bir qol buraxdıq. Ondan sonra artıq bu oyunda dönüş yaratmaq şansımız qalmadı.

- Qırmızı vərəqə olmasaydı, Avstriyadan xal ala bilərdiniz?
- Rəqibdən heç nədə geri qalmırdıq. Sadəcə, həmin gün bizim günümüz deyildi.

- Baş məşqçi Nazim Süleymanov matçdan sonra nə dedi?
- Səhvlərimizi göstərdi. Dedi ki, ikinci oyunda daha yaxşı çıxış edib, qalib gəlməliyik.

- Komandamız psixoloji cəhətdən bosniyalılarla oyuna hazırdır?
- Fikrimcə, bu baxımdan problem olmayacaq.

- Həm yığmada, həm də "Şaxtyor"da fərdi oyuna üstünlük verdiyiniz anlar olur. Avstriya ilə görüşdə niyə belə olmadı?
- Komandamız azlıqda qalandan sonra mən də müdafiəyə çəkildim. Hücuma demək olar ki, getmirdim, uşaqlara kömək edirdim.

- Son turda meydan sahiblərinə - litvalılara qarşı mübarizə aparmaq çətin olmayacaq?
- Litva ilə oyun barədə bosniyalılarla görüşdən sonra düşünmək lazımdır. Həm də bizim üçün meydan sahiblərinə və ya başqa komandaya qarşı oynamaq fərq etmir.

- Hazırda U-19-un düşərgəsində cəmi iki legioner var ki, onlardan da biri siz, digər Ziya Əzizovdu. Üzərində daha böyük məsuliyyət, təzyiq varmı?
- Xeyr, hər şey qaydasındadır. Heç bir təzyiq yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.