6 oktyabr 2016 13:40
"İnanıram ki, Azərbaycanla oyunda start heyətdə meydanda olacağam"
Futbol üzrə Norveç yığmasının qapıçısı Rune Yarsteyn DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm və inanıram ki, Azərbaycanla oyunda qapıda mən dayanacağam. Baş məşqçinin bu etimadını yüksək qiymətləndirirəm və öz üzərimdə səylə çalışıram ki, bu tempdə davam edim".
Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
