6 oktyabr 2016 13:30

Əmrah Çəlikəl: Qara zolaqda olduğumuzu düşünmürəm

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl aralarında azerisport.az saytının əməkdaşının da olduğu bir qrup jurnalistin suallarını cavablandırıb:

- Komandanın son nəticələri sizi məyus etmir?
- Belə aqibətlə hər bir klub üzləşə bilər. "Qara zolaq"da olduğumuzu düşünmürəm. Düzdür, reallıq budur ki, üç səfər oyununda bir dənə də qələbə qazana bilmədik. Amma biz bu oyunlarda pis çıxış etməmişik. "Qarabağ"ı dəstəkləmək lazımdır.

- Vəziyyətdən çıxış yolu tapmaq üçün nə planınız var?
- Əl-ələ verib, birgə bu vəziyyətdən çıxacağıq.

- Rəşad Sadıqovun U-19 komandasına baş məşqçi təyin olunmağı onun “Qarabağ”dakı çıxışına mənfi təsir göstərmir ki?
- Bu fikirlə razı deyiləm. Rəşadın həyatı futbolla bağlıdır. U-19-da köməkçiləri də var, onlar da nəzarət edir. Bunun Rəşadın məşqçilik karyerası üçün önəmli bir addım olduğunu hesab edirəm. Biz cavan futbolçularımızın önünə bir nümunə qoymuşuq. Sadıqovun orada məşqçi olması gənclərimiz üçün motivasiyadır. Həmçinin Rəşadın çıxışında düşüş olduğunu da düşünmürəm.

- "Qarabağ"ın üç qapıçısı ola-ola Emil Balayevi də aldı. Halbuki, komandanızda başqa mövqelərə, məsələn, müdafiəyə yeni oyunçu lazımdır...
- Mən Emili yeni transfer hesab etmirəm. O, yaydan bəri bizim düşərgəmizdə məşq edirdi. Sadəcə, müqavilə indi imzalandı. Emili perspektiv üçün transfer etmişik. Digər mövqelərə oyunçu almağa gəlincə, belə məsələlərə dair qərarı baş məşqçi verir.

- Bəs Balayevlə yayda niyə müqavilə imzalamadınız?
- O, Almaniya klubu ilə danışıq aparırdı. Bizdə əvəzedici komandada çıxış edəcək.

- Avropa Liqasında Yunanıstan PAOK-u ilə matçların sizin üçün həlledici olacağını demək olar?
- Layiqli nəticələrə imza atmaq istəyirik. Hazırda yeddi futbolçumuz yığma komandaların düşərgəsindədir. Amma bu, bizim hazırlığımıza təsir göstərməməlidir. Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu da yaxşı vəziyyətdədir.

- Oktyabrın 20-də qarşılaşacağınız "Sumqayıt"ı da orada qəbul edəcəksiniz?
- Hələ qərar verməmişik. Buna meydançanın vəziyyətinə uyğun qərar veriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.